[b]Qızmar hava iyulun 6-dək davam edəcək[/b] - Nazirlik
03 iyul 2017 14:47 (UTC +04:00)

[b]Qızmar hava iyulun 6-dək davam edəcək[/b] - Nazirlik

0

Bakı və Abşeron yarımadası, eləcə də bölgələrdə dünəndən isti hava şəraiti müşahidə olunmaqdadır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, isti və günəşli hava şəraiti iyulun 6-dək davam edəcək.

 

Onun sözlərinə görə, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 35-39, rayonlarda 35-40, Mərkəzi Aran rayonlarında, Naxçıvan Muxtar Respublikasında 41-43, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.

 

G. Məmmədova qeyd edib ki, iyul ayında havanın temperaturu hər zaman yüksək olur: “İyul ayında əvvəllər Bakıda havanın maksimal temperaturu 40 dərəcə olub. Amma hələ ki, rekord göstərici təzələnməyib. Bakıda 37-38, Abşeron yarımadasında 35-39, Mərkəzi Aran rayonları və Naxçıvanda 41-43 dərəcə isti qeydə alınıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar