"Təhsil sistemində çox ciddi təhlillər aparılıb. Hazırkı təhsil proqramında meydana çıxan mənfi hallar əzbərçilik meylləri ilə baǧlı olub". Lent.az-ın məlumatına görə , bunu Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Onun sözlərinə görə, əzbərçilik meylləri hazırkı təhsil proqramının çatışmayan cəhətidir: "Kurikulumun tətbiqi ilə bu problemin aradan qalxacağı gözlənilir. Düşüncə, təfəkkür kurikulumun əsasını təşkil edir".
A. Əhmədov deyib ki, ibtidai siniflərdə ev tapşırıqlarının verilməsində diqqətli olmaq lazımdır: "Ümumiyyətlə, birinci siniflərdə ev tapşırıqlarının verilməsi düzgün deyil".
Şöbə müdiri əlavə edib ki, məktəblərdə dövlət hesabına məktəbə hazırlığın təşkili gözlənilir.