Cəbhə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Baxşəliyev Rəşid Əliağa oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
APA-nın məlumatına görə, dəfn mərasimdə Sumqayıt və Zəngilan İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid torpağa tapşırılıb.
Şəhidin tabutuna çəkilən döyüş bayrağı yaxınlarına təqdim olunub.
Dəfndə "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirilib.