Salyanda ölən körpələrin meyiti Bakıda ekspertizadan keçiriləcək
21 iyun 2016 17:08 (UTC +04:00)

Salyanda ölən körpələrin meyiti Bakıda ekspertizadan keçiriləcək

0

Salyanda ölən körpələrin meyitləri ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.

 

Birlikdən APA-ya verilən xəbərə görə, ölümün səbəblərini öyrənmək üçün meyitlər müayinə olunacaq. Müayinələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xüsusi komissiyası tərəfindən aparılacaq və 2-3 həftə ərzində davam edəcək. Körpələrin ölüm səbəbi müayinələrin nəticəsindən sonra məlum olacaq.

 

Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar