[b]Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək[/b]
20 iyun 2018 10:35 (UTC +04:00)

[b]Kəmaləddin Heydərov Siyəzəndə vətəndaşları qəbul edəcək[/b]

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

 

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 21 iyun 2018-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

 

tel: +994 (12) 512-01-14

 

e-mail: [email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

APA Baycan

Oxşar yazılar