[b]Bu il 260 nəfərdə qaraciyər sirrozu aşkarlanıb[/b]
28 iyul 2016 12:47 (UTC +04:00)

[b]Bu il 260 nəfərdə qaraciyər sirrozu aşkarlanıb[/b]

 

Səhiyyə Nazirliyi bu il Azərbaycanda hepatit viruslarına yoluxma ilə bağlı rəqəmləri açıqlayıb.

 

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan xəstəliyin müayinə və müalicəsi, bu xəstəlikdən qorunma istiqamətlərində çox əhəmiyyətli addımlar atılır. Bu addımlardan biri də, Hepatit virusuna yoluxmuş xəstələrin müəyyən edilməsi, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicəsinin təşkili məqsədilə müvafiq Komissiyanın yaradılmasıdır.

 

2016-cı ilin birinci və ikinci rüblərində xəstələr tərəfindən B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyaya 1388 müraciət (tibbi sənədlər) təqdim olunub və baxılıb.

 

30 iyun 2016-cı il tarixinədək kumulyativ olaraq 5135 (hepatit C – 3961, hepatit B – 1174) müraciət təqdim olunub. Nəticə olaraq 3533 şəxsin müalicəsi haqqında (48 həftə - 1032, 24 həftə - 2501) qərar qəbul edilib, PZR müayinəsinə göndərilmiş xəstələrin ümumi sayı 990 nəfər təşkil edib.

 

Hepatit B virusunun sağlam daşıyıcıları – 577 nəfər, Hepatit B və Hepatit D koinfeksiyasının – 58 nəfər, Hepatit B və Hepatit C koinfeksiyasının – 77 nəfər, Qaraciyər sirrozundan əziyyət çəkənlərin sayı – 260 nəfər təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar