“Rusiya vertolyotları” şirkətinin servis mərkəzinin Azərbaycanda açılması ilə bağlı müqavilənin bu ilin sentyabr ayının sonunda ADEX-2016 sərgisi çərçivəsində imzalanması gözlənilir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Rusiya vertolyotları” holdinqinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, şirkət Mi-8/17 tipli mülki helikopterlərə xidmət edəcək. Gələcəkdə isə hərbi helikopterlərə xidmət göstərilməsi nəzərdə tutulur: “Hazırda xarici tərəfdaşlarla sözügedən layihənin forma və quruluşu barədə danışılar aparılır. ADEX-2016 sərgisi çərçivəsində müvafiq razılaşmanın imzalanacağı gözlənilir”.