[b]Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq[/b]
16 aprel 2016 11:52 (UTC +04:00)

[b]Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyi yaradılacaq[/b]

 

"Təhsil Nazirliyinin tabeliyində 114 ilk-peşə ixtisas təhsili müəssisəsi var". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin ilk peşə ixtisas təhsili sektorunun müdiri Nigar İsmayılzadə deyib. N. İsmayılzadə deyib ki, həmin məktəblərin 45-i peşə liseyi, 61-i peşə məktəbi (8-i cəzaçəkmə müəssisələrinin tərkibində), 2-si tədris mərkəzidir. Sektor müdiri bildirib ki, adı sadalanan həmin peşə təhsili müəssisələrindən 6-sı işğal olunmuş rayonlarda yerləşir və fəaliyyəti dayandırılıb. Özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin sayı 2-dir. Ümumilikdə peşə məktəblərindən 34-ü Bakıda yerləşir.

 

Sektor müdiri deyib ki, respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrində 126 peşə üzrə 23850 şagird təhsil alır. 2015-2016-ci tədris ilində bu məktəblərə 16990 nəfər qəbul olub. İlk peşə ixtisas təhsilinin müddəti 1-3 ildir. Orta məktəb məzunlarının yalnız 11%-i peşə təhsilinə müraciət edir. Peşə təhsili məzunlarından isə 10-11%-i təhsilini davam etdirir.

 

Dövlət ilk peşə təhsili müəssisələrində 5507 nəfər çalışır, onlardan 3555-i rəhbər və mühəndis-pedaqoji, 1952-si qeyri-pedaqoji işçilərdir.

 

Hazırda ilk peşə ixtisas təhsili müəssisələrində ixtisaslar optimallaşdırılır . Gələcəkdə peşə məktəblərinin yataqxanalarla təchiz olunaraq kompleks şəklində fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Azərbaycanda Peşə Təhsili Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur ki, burada məqsəd müasir menecment modellərinin tətbiqi, peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi, istiqamətlərin koordinasiyasında səmərəlik yeni imic və cəlbedicilikdir. Peşə təhsili sistemində idarəetmə modelinin də dəyişilməsi istiqamətində işlər aparılır ki, bu sahədə Sinqapur, Koreya, Finlandiya və Almaniya modelləri öyrənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Fərizə Əhmədova

Oxşar yazılar