[b]"Təcili yardımın gecikməsinə səbəb ünvanın yanlış deyilməsidir" [/b]
21 aprel 2016 12:32 (UTC +04:00)

[b]"Təcili yardımın gecikməsinə səbəb ünvanın yanlış deyilməsidir" [/b]

 

 

"Əhaliyə xidmət səviyyəsinin artırılması məqsədi ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanılıb". Lent.az-ın məlumatına görə, bunu stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib.

 

İ. Əliyevanın sözlərinə görə, stansiyaya daxil olan sorğulara gedişlərə nəzarət gücləndirilib: "Hazırda Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyini nəzərdə tutulub".

 

Baş həkimin müavini bildirib ki, hazırda stansiyanın ştatında 2600-dən artıq işçi var: "Bura həkimlər, orta tibb işçiləri, sanitarlar və digər işçilər daxildir. Həmçinin stansiyanın 21 stansiyası və 21 filialı var".

 

Təcili Tibbi Yardım avtomobillərinin çaǧırışlara gecikməsinə münasibət bildirən İ.Əliyeva qeyd edib ki, stansiyaya gecikmələrlə bağlı şikayətlər əsasən ünvanların düzgün qeyd olunmaması ilə bağlıdır: "Bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsas üstünlük Binə qəsəbəsinə aiddir. Binədəki evlərin çoxunun ünvanları belə yoxdur. Orada hətta yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili yardım maşınları yolda xarab olub qalır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Fərizə Əhmədova

Oxşar yazılar