![<b><span style="color:red;">Səhiyyə Nazirliyi : "Qeysəriyyə əməliyyatının azaldılmasına nail olacağıq"</b>](https://lent.az/storage/news/2019/february/27/big/a1b6edd1cd51cd1d054c6e2ab05ea887.jpg)
Səhiyyə Nazirliyi: "Qeysəriyyə əməliyyatının azaldılmasına nail olacağıq"
“2018-ci ildə respublika üzrə doğuşların 27%-i qeysəriyyə kəsiyi ilə başa çatıb”. Bunu ONA-ya Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
O bildirib ki, ötən il Bakı üzrə bu göstərici 33% təşkil edib.
S.Məmmədovanın sözlərinə görə, bu ili yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi əsasında, Səhiyyə Nazirliyi tərəfindən qeysəriyyə kəsiyinin sayını azaltmaq və məhdudlaşdırmaq üçün tədbirlər görülür: “Artıq qeysəriyyə kəsiyinin icra olunduğu hər bir müəssisə əməliyyatlar barədə Səhiyyə Nazirliyinə məlumatlar təqdim etməyə başlayıb. Biz həmin məlumatları təhlil edirik. Məlumatlar təhlil olunduqdan sonra tövsiyələr hazırlanacaq, hansı müəssisədə qeysəriyyə kəsiyinin az və ya çox, yaxud əsaslı və ya əsassız olması müəyyənləşdiriləcək və beləliklə, qeysəriyyə kəsiyi əməliyyatının azaldılmasına nail olacağıq”.
Baş mama-ginekoloq doğuşayardım xidmətinin təkmilləşdirilməsi ilə konkret təkliflərin hazırlandığını, aidiyyəti üzrə bir neçə təlimatın yenidən işlənməsinə başlandığını, ürək-damar və böyrək xəstələri olan hamilələrdə doğuşun idarə olunması ilə əlaqədar işlərin aparıldığını qeyd edib.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)