!["DOST xonçası”ndan “DOST süfrəsi”nə](https://lent.az/storage/news/2019/may/03/big/fc725456502c05d2ee8184d48a1ae026.jpg)
"DOST xonçası”ndan “DOST süfrəsi”nə
İslam dünyasının sevimli aylarından biri olan müqəddəs Ramazan ayının gəlişi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mayın 6-da “DOST süfrəsi” adlı yeni nəcib aksiyaya başlayır.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, aksiya bu müqəddəs ayın hər günündə həssas qruplardan olan bir qrup şəxsə iftar süfrəsi açmağı və onlarla iftar süfrəsini bölüşməyi nəzərdə tutur. Məqsəd Ramazan ayının yüksək dəyərlərindən biri kimi iftar süfrəsini bölüşməklə mənəvi birlik, həmrəylik duyğularının, qarşılıqlı hörmət və mehribanlıq hisslərinin güclənməsinə töhfə verməkdir.
İlk “DOST süfrəsi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mayın 6-da bir qrup əlilliyi olan şəxs üçün iftar vaxtında təşkil ediləcək. Sonrakı günlər üçün isə nazirlik estafeti “DOST süfrəsi” aksiyasına qoşulmaq istəyində olanlara, onlar isə digərlərinə ötürəcək.
Aksiyanı davam etdirəcək qurumlar və ya şəxslər bu barədə facebook səhifəsində postlarını #dostsüfrəsi “hashtag”ı altında paylaşacaqlar.
Qeyd edək ki, bundan əvvəl nazirliyin Novruz bayramı ilə əlaqədar mart ayında təşkil etdiyi və Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edən “DOST xonçası” kampaniyası ilk gündən geniş miqyas aldı. Aksiyaya qoşulan 150-dən çox təşkilat və tanınmış şəxs tənha yaşayan insanları, xüsusilə ahıl vətəndaşları, həssas qruplardan olan digər vətəndaşları “DOST xonçası” ilə evlərində ziyarət edərək, onları sevindirib.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)