<b><font color=red>&#174; </font>Məhlənizdə Səba ət və süd dükanı var?</b>
27 may 2016 15:29 (UTC +04:00)

® Məhlənizdə Səba ət və süd dükanı var?

0

Səba öz istehsalı olan təzə ət və süd məhsullarını istehlakçıya birbaşa çatdırmaq üçün öz dükanlar şəbəkəsini yaradır. Artıq Abşeron yarımadasında (Bakı, Abşeron rayonu, Sumqayıt) sayı 48 olduqdan sonra şirkət bu barədə rəsmi məlumat verməyi qərara alıb.

Şirkətin media ilə əlaqələr xidmətindən verilən məlumata görə, il sonunadək bu marketlərin sayı 2 dəfə artırılacaq. Şüarı "Təbiətdən mətbəxə" olan Səba öz dükanları ilə məhsulunu gündəlik və təzə olaraq müştərinin mətbəxinə  birbaşa çatdırmaq missiyasını yerinə yetirəcək.

Peşəkar satış təlimləri keçmiş qadın satıcıların çalışdığı kiçik Səba ət-süd dükanlarının konsepsiyası "hər zaman əl altında olan doğma məhlə dükanı"dır. Hər səhər təzə toyuq əti, tikələri, içalat, eləcə də Səba-nın kəsmik, xama kimi məhsulları ilə təmin olunan dükanlar "az-az, təzə-təzə" prinsipi ilə alış-veriş edən ailələrə ünvanlanıb. Hər günün sonunda dükanın vitrinləri boşaldılır və səhəri gün yeni məhsullarla təmin edilir.

“Şirkətin kəsimxanalarında gecə kəsilmiş quşların əti səhər tezdən - 6 saatı keçmədən Səba ət və süd dükanlarında alıcılara çatdırılır. Bu vaxt limiti təzə emal olunmuş süd və süd məhsullarına da aiddir. Məqsədimiz məhsulun soyuq saxlanma həddinə çatmasına ehtiyac duymadan istehlakçıya çatdırılmasıdır” – Səba-nın media ilə əlaqələr xidmətindən belə bildirilib.

Səba hazırda Azərbaycanın dövlət halal standartına malik yeganə toyuq əti istehsalçısıdır. Azərbaycanın ən iri kənd təsərrüfatı şirkətlərindən olan Səba-nın istehsal etdiyi toyuqlar ve emal etdiyi süd  Ağcabədi,  Beyləqan , Ağsu və Kürdəmir rayonlarındakı 7 min hektar sahəsi olan tarlalarında becərilən qarğıdalı, buqda, soya və digər dənli bitkilərlə bəslənilir. 

     
Bakı zonası
No Mağaza Yerləşməsi
1 Bakı 1 Bakı, Xətai r, Cavanşir küçəsi 15
2 Bakı 3 Bakı. Nəsimi r, Şamil Əzizbəyov küçəsi 155
3 Bakı 4 Bakı, Binəqədi r, Biləcəri q, Yəhya Hüseynov küçəsi, Meydan
4 Bakı 5 Bakı, Binəqədi r,9 a mik, Mir Cəlal küçəsi 31 saylı binanın qarşısı
5 Bakı 7 Bakı ş, Binəqədi r, Xarici dairəvi küçəsi
6 Bakı 8 Bakı ş, Nəsimi r, 1-ci mkr, Asif Məhərrəmov küçəsi
7 Bakı 9 Bakı, Qaradağ r, Lökbatan qəs, 28 May küçəsi, ev 3A
8 Bakı 10 Bakı, Bakıxanov qəsəbəsi, Xəlilov Eldar küçəsi
9 Bakı 11  Bakı, Nəsimi r, 4-cü aşırım küçəsi 4, Olimpik Star-ın yanı
10 Bakı 12 Bakı, Xətai r, General Şıxlınski küçəsi 15
11 Bakı 13 Bakı, Sabunçu r, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 87
12 Bakı 14 Bakı, Sabunçu r, Bakıxanov qəsəbəsi, Neftçilər pr. 19 (Nazim İsm 301)
13 Bakı 15 Bakı, Yasamal r, 2-ci Alatava küçəsi, ev 8
14 Bakı 16 Bakı, Həsən Əliyev küçəsi. Məhəllə 1061
15 Bakı 17 Bakı, Yasamal r, Əhməd Cavad küçəsi 69D
16 Bakı 18 Bakı, Sahil qəs, Salyan yolu (M.Seyidov) küç, 5 saylı evin qarşısı 
17 Bakı 19 Bakı, Nizami rayonu (Keşlə qəsəbəsi), M.Ə.Sabir küçəsi
18 Bakı 20 Bakı, Nəsimi r, Azadlıq pr., 100, "Nəsimi Bazarı" ASC
19 Bakı 21 Bakı, Qaradağ r, Lökbatan qəs, 1594-cü keçid
20 Bakı 22 Bakı ş, Yasamal r, Şərifzadə küç, 241
21 Bakı 23 Bakı, Səbail r, Badamdar qəs, Badamdar küç, 7, 7 saylı mağaza 
22 Bakı 24 Bakı, Xətai r, General Şıxlinski küç, 1G
23 Bakı 25 Bakı ş, Qaradağ r, Lökbatan qəs, Ticarət cərgəsi 
24 Bakı 26 Bakı ş, Xətai r, Babək pr, 76 No bina,  
25 Bakı 27 Bakı ş, Xətai r, Qaçaq Nəbi küç.
26 Bakı 28 Bakı ş, Qaraçuxur qəs, R.Alıcanov küç, ev 16 
27 Bakı 29 Bakı ş, Sabunçu r, Sabunçu qəs, Əsildar Məmmədəliyev küç, 5
28 Bakı 30 Bakı ş, Sabunçu r, Sabunçu qəs, Şəhər şossesi döng, ev 5

 

     
Abşeron zonası
No Mağaza Yerləşməsi
1 Abşeron 1 Abşeron, Masazır kəndi, Şok Marketin yanı
3 Abşeron 3 Abşeron, Xırdalan ş, 27-ci məhəllə, Şəfiyev küç.
     
Sumqayıt zonası
1 Sumqayıt 1 Sumqayıt, 9-cu mkr, Koroğlu pr.  ev 4/21 arxası
2 Sumqayıt 2 Sumqayıt 18-ci mkr, M.Əsədov küç
3 Sumqayıt 3 Sumqayıt, 12 mərtəbə, Bakı küç, 3 mkr ev 17A
4 Sumqayıt 4 Sumqayıt, 17-ci mkr, İ.Qayıbov küçəsi, Səda Marketin yanı
5 Sumqayıt 5 Sumqayıt, 12-ci mkr, M. Abdullayev ilə Koroğlu pr kəsişməsi
6 Sumqayıt 6 Sumqayıt, H.Əliyev pr 22
7 Sumqayıt 7 Sumqayıt, Babək küçəsi, 13-cü mkr ərazisi, Hiper marketlə üzbəüz
8 Sumqayıt 8 Sumqayıt, 36-cı məhəllə,  20 Yanvar küçəsi, Asan Xidmətin yanı
9 Sumqayıt 9 Sumqayıt, 34-cü məhəllə, 20 Yanvar küçəsi, Bazarın yanı
10 Sumqayıt 10 Sumqayıt, 5-ci mkr, ev 1/61-də yerləşən 104 saylı mağaza
11 Sumqayıt 11 Sumqayıt ş, 40-cı məh, H.Əliyev pr, 322G, 45 Xəstəxananın yanı
12 Sumqayıt 12 Sumqayıt ş, 18-ci məhəllə, Fəxri marketin yanı
13 Sumqayıt 13 Sumqayıt ş, Koroğlu və Ü.Hacıbəyov küç. Kəsişməsi
​​
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar