[b]262 müəllim diaqnostik qiymətləndirmədən kəsilib[/b]
14 aprel 2016 11:32 (UTC +04:00)

[b]262 müəllim diaqnostik qiymətləndirmədən kəsilib[/b]

 

"Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən 25 min 989 müəllimdən cəmi 28 nəfər 100% nəticə göstərib".

 

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Sevinc Aǧayeva jurnalistlər üçün keçirilən təlimdə deyib.

 

O bildirib ki, qiymətləndirmədə iştirak edən 25 min 989 müəllimdən 25 min 653 müəllim imtahandan keçib: "28 nəfər 100% nəticə göstərib. Onlardan 12 nəfəri Sumqayıt şəhərindəndir. 262 müəllim qiymətləndirmədən kəsilib. Ən yüksək nəticə göstərənlər coğrafiya, ingilis dili müəllimləri olub. Riyaziyyat fənnindən müəllimlər orta nəticə göstərib. Ən zəif nəticə göstərən müəllimlər isə ibtidai sinif müəllimləri olub".

 

S. Aǧayeva əlavə edib ki, ümumilikdə 30 müəllim qaydaları pozduğu üçün imtahandan uzaqlaşdırılıb.

 

Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqısı 2016-cı ilin yanvar ayından artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Fərizə Əhmədova

Oxşar yazılar