"Azərişıq" gücləndirilmiş rejimdə işləyəcək
08 may 2015 12:37 (UTC +04:00)

"Azərişıq" gücləndirilmiş rejimdə işləyəcək

0

“Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu  kimi, bayram günlərində də gücləndirilmiş iş rejimində çalışacaqlar. Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin  fasiləsiz elektrik enerjisi  ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi  təmin ediləcək. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcək. Ölkə üzrə  Cəmiyyətin tabeliyində olan xidmət sahələrində və avtonəqliyyat xidmətlərində 9-11 may günlərində növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb.

 

Abonentlərdən istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdən yarana biləcək hər hansı problem ilə əlaqədar 199 saylı telefonla ”Qəza  Xidməti”nə məlumat vermələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar