"Azərişıq" Avropa Oyunlarına görə operativ qərargah yaratdı
10 iyun 2015 13:33 (UTC +04:00)

"Azərişıq" Avropa Oyunlarına görə operativ qərargah yaratdı

 

“Azərişıq” ASC Bakı və Mingəçevir şəhərlərində olduğu kimi,  respublikanın rayon mərkəzlərində, qəsəbələrində və kəndlərində (ən ucqar dağ kəndlərində belə)   “Bakı-2015” I Avropa oyunlarının  müvəffəqiyyətlə izlənilməsi ilə əlaqədar elektrik enerjisi təchizatının fasiləsizliyini təmin etmək üçün Regional Enerji Təchizatı və Satışı İdarələrində,Rayon Elektrik şəbəkələrində 24 saatlıq növbətçilik təhkim edib, fərdi qaydada yarana biləcək hər hansı problemin operativ aradan qaldırlmasına  tam hazırdır. Qəsəbə və kəndlərdə də əlavə maşın və mexanizmlər, avadanlıqlar, ehtiyat hissələr və əlavə əməkdaşlar cəlb edilib. 

 

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi qərargah yaradılıb və hər bir qərargah üzvünün koordinasiya  yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və  Transformator Məntəqələrinə operativ növbətçi heyyətlə bərabər inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət   “Məsul növbətçi”lər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla  təchiz olunub. Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib.

 

Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyyətləri ilə əks-qəza məşqləri aparılır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir. Obyektlərin enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub.

 

Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi “Azərişıq” ASC-nin hər bir əməkdaşının məsuliyyətini ikiqat artırıb və hər bir məsul şəxs  öz vəzifəsinin icrası ilə bağlı ciddi tapşırıqlar alıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 106
avatar

Oxşar yazılar