Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 2016-2030 illəri əhatə edəcək "Azərbaycan elminin inkişaf doktrinası"nı hazırlayacaq.
APA-nın xəbərinə görə, AMEA-nın prezidenti Akif Əlizadə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında bildirib ki, yeni layihənin hazırlanması ilə bağlı Akademiyaya göstəriş verilib. Layihənin artıq tezis formasında müvafiq institutlara paylandığını deyən A. Əlizadə qeyd edib ki, hazırda yay fəslində alimlər istirahətdə olduğundan institutlara bu layihə ilə tanış olaraq təkliflərini vermək üçün sentyabradək vaxt verilib: "Bundan sonra təkliflərin hər biri təhlil edilərək nəzərə alınacaq. Təkliflər müzakirə edilərək yekunda qəbul olunacaq və təsdiqi üçün hökumətə göndəriləcək".
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli doktrinanın hazırlanmasının məsuliyyətli və əhəmiyyətli olduğunu qeyd edib.