Azərbaycanda kəskin isti <span style="color:red;">XƏBƏRDALIĞI
05 avqust 2016 12:51 (UTC +04:00)

Azərbaycanda kəskin isti XƏBƏRDALIĞI

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi barədə xəbərdaqlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, avqust ayının birinci ongünlüyündə Bakıda və Abşeron yarımadasında isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə isti olacağı gözlənilir.

 

Rayonlarda da avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacaq. 

 

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.  Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Sabah havanın temperaturu gecə 22-26, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 35-37 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə isə, sabah havanın yağmursuz olacağı, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq. 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Fərizə Əhmədova

Oxşar yazılar