«Tehranın güclənməsində suçlu beynəlxalq ictimaiyyətdir»
09 may 2013 02:47 (UTC +04:00)

«Tehranın güclənməsində suçlu beynəlxalq ictimaiyyətdir»

İran hakimiyyəti milli və insan haqlarını tapdamaqla yanaşı, bu hüquqların təmin olunmasını istəyənlərə qarşı təzyiqləri də davam etdirməkdədir.

Güney Azərbaycan Milli Müdafiə Komitəsinin son həbslərlə açıqlama yayıb. Orada bildirilib ki, yürütdüyü daxili və xarici siyasət ucbatından İran hakimiyyətinə qarşı beynəlxalq təzyiqlər artdıqca, rejim repressiya maşınının fəaliyyətini də gücləndirir.

Ölkədə hər gün edamlar, milli-mədəni haqlarını təmin olunmasını istəyənlərin təqib və təzyiqlərə məruz qalması buna bariz nümunə kimi vurğulanıb. Bundan başqa güney azərbaycanlı mMilli-ədəni və ictimai fəalların  - Lətif Həsəni, Behbud Quluzadə, Mahmud Fəzli, Ayət Mehrəlibəyli (Yürüş),  Şəhram Radmehrin hər birinin 9 il müddətinə axadlıqdan məhrum edilməsi  pislənib.

Qurum bunu İslam Respublikasının qəbul etdiyi Ana Yasaya, söz,mətbuat, fikir azadlığınıhakimiyyətin sayğısızlığının göstəricisi olaraq, qiymətləndirib: «Bu məsələdə beynəlxalq ictimaiyyətdə suçsuz deyil. Tehran hakimiyyəti ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayıb, onun daha da güclənməsinə yardımçı olurlar»-deyə, bildirişdə vurğulanıb.

Bənatın sonunda daha sonra deyilib: «Biz Güney Azərbaycan Milli Müdafiə Komitəsi olaraq, dünyanın aparıcı dövlətlərini, beynəlxalq təşkilatları və hüquq müdafiəçilərini  İrana qarşı daha sərt davranmalarının vacibliyini bildiririk. Əks halda, bu ölkədə faciələrin daha geniş miqyas alacağı istisna olunmur.

Güney Azərbaycan türklərinin milli haqlarının təmini uğrunda mübarizə edən məhbusların azadlığa çıxması üçün azadlıqsevər ziyalıların, partiyaların, azadlıq və ədaləti  dəstəkləyən dövlətlərin məsələyə müdaxilə edərək, onların azad edilməsi üçün çalışmalarını istəyirik».   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar