İqtisad Universitetində (UNEC) “Gənc müəllimlər” layihəsi çərçivəsində 10 gənc müəllim işə başlayıb.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Gənc müəllimlər” layihəsinin məqsədi özünə inanan, tələbələrlə işləməyə həvəs göstərən və gələcəyini pedaqoji fəaliyyətdə görən ünsiyyətcil gəncləri UNEC-ə cəlb etməkdir.
Yaşı 30-a qədər olan magistr təhsilli gənclər arasında elan edilən müsabiqəyə 411 nəfər müraciət edib. Birinci mərhələdən 117 nəfər seçilərək, növbəti – müsahibə mərhələsinə dəvət olunub. Onların arasından seçilən 10 nəfər müəllim adını qazanıb.
Seçim zamanı xarici dil bilikləri olan, xaricdə təhsil almış və çalışmış gənclərə üstünlük verilib.
UNEC-də gənc müəllimlərin seçimi davam edir.