“Zika” virusunun Azərbaycana heç bir təhlükəsi yoxdur - <span style="color:red;">RƏSMİ
29 yanvar 2016 15:21 (UTC +04:00)

“Zika” virusunun Azərbaycana heç bir təhlükəsi yoxdur - RƏSMİ

 

“Zika” virusunun Azərbaycan üçün heç bir təhlükəsi yoxdur”.

 

 

Bunu Lent.az-a açıqlamasınnda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. 

 

A. Əliyeva bildirib ki,  virusun Azərbaycanda yayılma ehtimalı yoxdur və məsələni şişirtməyə gərək duyulmur.

 

Bildirək ki, Zika virusu 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir.

Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.

Əlamətləri sırasına isə yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir.

Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir.  Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1168
avatar

Fərizə Əhmədova

Oxşar yazılar