“Yeni Üfüq” 3 yaşını qeyd etdi
30 iyun 2015 18:07 (UTC +04:00)

“Yeni Üfüq” 3 yaşını qeyd etdi

 

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi 3 yaşını qeyd edib. Birlikdən Lent.az-a verilən məlumata görə, tədbir müqəddəs Ramazan ayına təsadüf etdiyi üçün təşkilat öz ad günündə həm də iftar süfrəsi açıb. Tədbirdə çıxış edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu günlərdə Azərbaycanda keçirilən I Avropa Oyunlarında ölkəmiz böyük qeyrət nümayiş etdirib: “Biz xalq olaraq bundan sonra da elə addımlar atmalıyıq ki, parçalamaq, sabitliyi pozmaq niyyəti güdən qüvvələr ölkəmizə ayaq aça bilməsinlər. “Yeni Üfüq” fəaliyyət göstərdiyi ötən müddət ərzində hər zaman dövlətə, millətə sadiqliyini nümayiş etdirərək, ölkədə milli mənəvi dəyərlərin qorunmasında əlindən gələni edib. Hesab edirəm ki, 3 il ərzində görülən işlər bundan sonra da layiqincə həyata keçiriləcək”.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Əsgərov qeyd edib ki, son illər ərzində Azərbaycanda kütləvi dindarlaşma gedir: “Amma təəssüflər olsun ki, bunların içərisində zərərli qüvvələr də var. Onlar bizim mənəvi dəyərlərimizə ziyan vurmağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər”.

 

Tədbirdə Azərbaycanın xalq artisti Mənsum İbrahimov, tarixçi Dilavər Əzimli, ilahiyyatçı Elşad Mahmudov və digərləri çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar