“Xırdalan dairəsi”ndəki təmir tezliklə yekunlaşacaq
13 may 2015 14:57 (UTC +04:00)

“Xırdalan dairəsi”ndəki təmir tezliklə yekunlaşacaq

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Lent.az cəmiyyətin saytına istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə də təmir işləri aparılır. Bu ərazidə köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bu səbəbdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

 

Bakı-Sumqayıt və əks istiqamətə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz şəkildə istifadə edə bilərlər. Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 13-ci kilometrliyində yerləşən “Masazır dairəsi”ndən istifadə etməklə,  Binəqədi və Biləcəri qəsəbələri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri isə “Ekologiya postu”ndan sağa dönməklə hərəkətlərini davam etdirə bilərlər. Bundan başqa sürücülər alternativ olaraq Binəqədi şosesindən də istifadə edə bilərlər.

 

“Xırdalan dairəsi”ndə təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib.  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 91
avatar

Oxşar yazılar