Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Lent.az cəmiyyətin saytına istinadən xəbər verir ki, bu məqsədlə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşıdırılıb. Artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kvadrat metrdən çox asfalt-beton örtüyü döşənib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.