“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı
18 aprel 2017 17:15 (UTC +04:00)

“Veysəloğlu” şirkəti qida məhsullarının qiymətini ucuzlaşdırdı

Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxmış və bir sıra ərzaq məhsullarının topdansatış  qiymətini endirmişdir. 

 

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb. 


 

İctimaiyyətlə əlaqələr departamenti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Oxşar yazılar