“UNEC professorları ilə görüş şagirdlər üçün faydalıdır”
25 aprel 2017 10:00 (UTC +04:00)

“UNEC professorları ilə görüş şagirdlər üçün faydalıdır”

 

UNEC-in professor-müəllim heyətinin orta məktəblərə səfərləri davam edir.

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 24-də nümayəndə heyəti Bakıda yerləşən 160 saylı Klassik gimnaziya, 20 saylı orta məktəb və İstək liseyinin yuxarı sinif şagirdləri ilə görüşüblər.

 

“Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov və “Marketinq” kafedrasının müdiri, professor Telman İmanov 160 saylı Klassik gimnaziyanın şagirdlərinə regionun ən böyük iqtisadyönümlü universitetində təhsil imkanlarından danışıblar. Professorlar təmsil etdikləri kafedra və ixtisaslar barədə onlara ətraflı məlumat veriblər. İxtisasın onlara qazandıracağı üstünlüklərdən, daxili və xarici əmək bazarında tələbatından bəhs ediblər.

 

Görüşdə şagirdlərin UNEC-in təqaüd proqramları, beynəlxalq əlaqələri, ixtisaslar, keçid balları, məzunların işlə təmin olunması və digər sualları cavablandırılıb. Şagirdlər professorların verdiyi məlumatlardan məmnun olduqlarını qeyd edərək, onlara ixtisaslar barədə ətraflı məlumat verdikləri üçün təşəkkürlərini bildiriblər.

 

Gimnaziyanın direktoru Faina Ələkbərova UNEC kollektivinin gimnaziyaya səfərini yüksək qiymətləndirib. F. Ələkbərova bildirib ki, şagirdlər universitet və ixtisas seçimində, ixtisasın mahiyyətini anlamaqda çox zaman çətinlik çəkirlər: “Bəzən elə düşünürlər ki, bank işi ixtisasını seçdikdə onlar bank müdiri olacaqlar. Bu baxımdan universitet müəllimlərinin tədris olunan ixtisasların mahiyyətini açıqlaması onların gələcəkdə düzgün seçim etməsinə böyük dəstəkdir. Düşünürəm ki, UNEC professorlarının şagirdlərlə görüşü onlar üçün çox faydalıdır”.

 

İstək liseyində olan UNEC-in Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov, baş müəllim Nazim Cəfərsoy və 220 saylı məktəbə ezam olunan gənc müəllimlər Aqil Əzizov, Seymur Əliyev iqtisadçı olmaq istəyən şagirdlərlə görüşüblər. Onlara ikili diplom, mübadilə proqramları, 4 dildə təhsil imkanı,  Elektron Universitet Modeli və s. barədə ətraflı məlumat veriblər.

Şagirdlərin ingilis və türk dillərində təhsil, SABAH qrupları, təhsil haqları və digər suallarını cavablandırıblar.

Məktəblərə səfər zamanı şagirdlərə UNEC-in tanıtım videoçarxı nümayiş etdirilib, məlumat kitabçaları paylanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar