“Tolerantlıq” dövlət sirrinin qorunması ilə bağı layihə  həyata keçirir
26 may 2015 12:22 (UTC +04:00)

“Tolerantlıq” dövlət sirrinin qorunması ilə bağı layihə həyata keçirir

“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial şəbəkələrdə və onlayn mediada dövlət sirri təşkil edən məlumatların qorunması sahəsində maarifləndirmə, məlumatlandırma kampaniyasının aparılması” layihəsini həyata keçirir.  Lent.az-a verilən məlumata görə, layihənin məqsədi maarifləndirmə və məlumatlandırma tədbirləri ilə sosial şəbəkələrdə, onlayn mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması istiqamətində həyata keçirilən tədbirlərə yardım göstərilməsidir.

 

Layihə fəaliyyətləri kimi Feysbuk sosial şəbəkəsində sayı üzvlərinin sayı 10000 dən çox olan, populyar qrupların adminləri və fəal istifadəçilərinin iştirakı ilə seminarlar keçirilməsi, KİV-də maarifləndirici materialların dərc edilməsi, sosial şəbəkələrdə maarifləndirmə işinin təşkili nəzərdə tutulub. Bu materiallar milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunması tənzimləyən qanunvericilik, başaqa ölkələrin bu sahədə təcrübəsindən bəhs edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar