“Tik-idarə et-təhvil ver" - Prezidentdən yeni <span style="color:red;">FƏRMAN
21 aprel 2016 16:03 (UTC +04:00)

“Tik-idarə et-təhvil ver" - Prezidentdən yeni FƏRMAN

 

Prezident İlham Əliyev “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunun tətbiqi barədə fərman verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərman tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlərin “Tik-idarəet-təhvil ver" (TİT) modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

 

Qanun körpülər, tunellər; su anbarları, sutəmizləmə qurğuları, suvarma, içməli və məişət su, habelə kanalizasiya sistemləri, o cümlədən magistral qaz kəmərləri, yeraltı qaz anbarları, şəhərdaxili qaz şəbəkələri, mətbuat və konfrans mərkəzləri, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri, kommersiya məqsədli binalar, topdansatış bazarları, fabriklər və zavodlar,  idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları, sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər,  kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər, geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr, şoselər, avtomagistrallar, dəmir yolu və relsli sistemlər, avtovağzal kompleksləri, stansiyalar, funikulyor və qaldırıcı sistemlər, logistika mərkəzləri, yeraltı və yerüstü avtomobil dayanacaqları, metro xətləri və stansiyaları, xüsusi iqtisadi zonalar, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanları, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin TİT” modelinə uyğun olan maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

 

Qanuna görə, investor öhdəlik götürdüyü tikinti və infrastruktur obyektinin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına) və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır.

Müqavilədə öhdəliklərin investor tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranacaq zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır.

Bildirək ki, “TİT” modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

 “TİT” modeli üzrə həyata keçirilən investisiya qoyuluşları nəticəsində istehsal olunan mal və xidmətlərin dəyəri onların növləri, istehlakının və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla, tərəflərin razılığı əsasında müəyyənləşdirilir (qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla).

 

Tərəflərin razılığına əsasən səlahiyyətli orqan investorun istehsal etdiyi mal və xidmətlərin müəyyən həddə qədər satın alınmasına dair Mülki Məcəlləsinə uyğun olaraq qarantiya öhdəliyi götürə bilər.

 

İnvestor tərəfindən bu Qanuna uyğun olaraq həyata keçirilmiş investisiya layihələrinin predmeti olan tikinti və infrastruktur obyektləri müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra bütün borc və öhdəliklərdən azad, amortizasiya nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə, əvəzsiz olaraq səlahiyyətli orqanın idarəçiliyinə verilir. “TİT” modelinə uyğun yaradılan (inşa, təmir və bərpa edilən, yenidən qurulan) tikinti və infrastruktur obyektləri tərəflərin razılaşmasına əsasən, onlar üzrə çəkilən xərclər və əldə ediləcək gəlirlər tam ödənilməklə, müqavilədə nəzərdə tutulan müddətdən əvvəl dövlət ehtiyacları üçün geri alına bilər.

 

Qeyd edək ki, bu Qanunun 3.1-ci maddəsində göstərilən tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrini “TİT” modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

Qanunun tələblərini pozan şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyır.

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları xüsusi maliyyələşmə əsasında həyata keçirilən investisiya layihələrinə şamil edilmir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar