22 rayonda “Açıq qapı” günü keçirilib
21 sentyabr 2015 17:09 (UTC +04:00)

22 rayonda “Açıq qapı” günü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Şirvan şəhərində nazirliyin 9, 10, 11, 14, 15 və 16 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələrinin və ümumilikdə 22 rayonun işəgötürənlərinin iştirakı ilə “Açıq qapı” günü-vətəndaş forumu keçirib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Təhlükəsiz iş aylığı” çərçivəsində keçirilən tədbir istehsalat qəzası riski yüksək olan iş yerlərində, o cümlədən avtoservis məntəqələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə işəgötürənlərin maarifləndirilməsi, onların bu məsələyə diqqətinin artırılması məqsədinə xidmət edib.

Tədbirdə DƏMX-in mütəxəssisləri ölkəmizdə çoxsaylı yeni müəssisələrin, iş yerlərinin açıldığı şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələsinin də aktuallaşdığını diqqətə çatdırıblar.

Hazırda da “Təhlükəsiz iş aylığı” üzrə müvafiq Tədbirlər planı əsasında bu istiqamətdə işlər davam etdirilir.

Görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalır. Təkcə cari ilin cari ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Habelə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında 38,3 faiz azalma özünü göstərib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar