“Şuşaya Azadlıq”ın rəsmi loqosunun təqdimatı keçirilib
09 iyun 2015 17:50 (UTC +04:00)

“Şuşaya Azadlıq”ın rəsmi loqosunun təqdimatı keçirilib

0

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosunun müəyyənləşdirilməsi məqsədilə elan etdiyi müsabiqənin nəticələrinin ictimai təqdimatı keçirilib.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda çıxış edən ADTGT-nin sədri Asif Əsgərli müsabiqəyə Azərbaycandan və 8 xarici ölkədən (İspaniya, Latviya, Ukrayna, Gürcüstan, Moldova, Serbiya, Bosniya və Herseqovina və Türkiyə) yaradıcı şəxslər və QHT-lər tərəfindən 37   loqo variantının təqdim edildiyini bildirib. Bütün loqo təklifləri Rəssamlar İttifaqı,“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi, Prezident yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, ADTGT və müstəqil dizayn-rəssamlıq studiyaları təmsilçilərinin daxil olduğu Ekspert Komissiyası tərəfindən qiymətləndirilib. Orijinallığı və loqo konsepti yüksək qiymətləndirilən Gürcüstan Gənc Diplomatlar Assosiasiyasının prezidenti QHT-sinin rəhbəri Zurab Gventsadzenin təqdim etdiyi loqo Ekspert komissiyası tərəfindən müsabiqənin qalibi seçilib.

Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının məqsədinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan, tarixi, mədəni abidələri dağıdılan, “Qafqazın musiqi beşiyi” adlandırılan Şuşaya dair həqiqətlərin dünyaya çatdırılması, şəhərin mədəni irsini məhv edən erməni vandalizminin dayandırılması, bu sahədə ədalətin bərpasına xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarını və dövlət strukturlarını cəlb etmək olduğunu deyib.

Şura sədri Şuşanın azadlığının bütövlükdə Qarabağın azadlığı demək olduğunu  qeyd edərək, məhz  buna görə bu kampaniyanı müxtəlif dünya ölkələrində uğurla davam etdirəcəklərini bildirib.

Azay Quliyev müsabiqənin qalibi Zurab Gventsadzenin təqdim etdiyi loqo variantının dolğun və təsirli olduğunu qeyd edib.

Şura sədri I Avropa Oyunları ilə əlaqədar Bakıya minlərlə xarici vətəndaşın gəlməsindən səmərəli istifadə edərək Azərbaycan həqiqətlərinin onlara təbliğ olunması üçün zəruri işlərin görüldüyünü, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini ifşa edən stend, buklet və digər materialların hazırlandığını deyib.

Millət vəkili Rövşən Rzayev və “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri çıxışında kampaniyanın əhəmiyyətini vurğulayıb.

Sonda Zurab Gventsadzeyə xüsusi mükafat və diplom təqdim edilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar