“Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsinin icrası başlayıb
03 iyun 2015 12:12 (UTC +04:00)

“Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsinin icrası başlayıb

 

 

 “Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsinə start verilib.

 

Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi gənc analar arasında maarifləndirmə aparıb onların peyvənd və bu kimi körpə həyatı üçün vacib olan iynələrdən yayınmamasını təmin etmək, sağlam körpələr ilə sağlam gələcək qurmaqdır.

 

Layihə Bakı şəhəri, Ağcabədi və Mingəçevir rayonlarında həyata keçiriləcək. Əvvəlcədən təyin olunmuş zaman və məkanda analar ilə pediatr həkimlərin görüşü təşkil olunacaq. Layihə boyu keçirilən seminarlarda valideynlərə izah ediləcək ki, preparatlar texnoloji cəhətdən o qədər təkmilləşib ki, onların çoxuna əks-göstəriş yoxdur. Ona görə də uşaqları peyvənddən yayındırmaq olmaz. Uşaqları peyvənd etdirməyib, risk qarşısında qoymaq qətiyyən doğru deyil. Valideyn uşağını peyvənd etdirmədikdə buna görə məsuliyyət daşıyır. Seminar sonunda seminarda iştirak edən valideynlərdən (seminarda nə öyrəndim?) təklif və rəylər yazılı formada alınacaq.  Layihə müddətində analar üçün psixoloq tərəfindən pulsuz psixoloji yardım təklif olunacaq. Övladı üzərində peyvənd daxil digər vacib müayinə və müalicə, profilaktik tədbirlərə qarşı həssas olan, məlumatsız şəkildə övladını qorumaq istəyində olan valideynlərlə söhbət aparılacaq. Layihə müddətində günün 8 saatı telefon və elektron formada analar peyvəndlə bağlı maraqlandıqları bütün suallara cavab tapa biləcəklər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304

Oxşar yazılar