<span style="color:red;">Müdhiş xəbər:  qorxunc dəlik bağlanır -<span style="color:red;"> ALİMLƏR AÇIQLADI
01 iyul 2016 12:11 (UTC +04:00)

Müdhiş xəbər: qorxunc dəlik bağlanır - ALİMLƏR AÇIQLADI

 

Tədqiqatçılar Antarktida üzərində ozon təbəqəsində baş verən nazilmənin azalmağa başladığına dair ilk dəqiq faktlar əldə ediblər.  Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, 2015-ci ilin sentyabr ayında aparılan müşahidələr ozon təbəqəsindəki dəliyin  2000-ci illə müqayisədə 4 milyon kvadrat kilometr azaldığını müəyyən ediblər. Bu, təxminən Hindistanın sahəsi ilə bərabər ölçüdür. Dəlikdəki daralmanın ən azı yarısının zərərli kimyəvi maddələrin istifadəsinin mərhələli olaraq azaldılması sayəsində reallaşdığı düşünülür. Dəliyin xüsusilə Antarktida qitəsi üzərində meydana gəlməsinin səbəbi isə həddindən artıq soyuq hava və bölgəyə düşən günəş şüalarının intensivliyi olub.

 

BBC Türkiyənin məlumatına görə, ingilis tədqiqatçıları Antarktikanın təxminən 10 kilometr üzərindəki ozon təbəqəsinin diqqətə çarpan şəkildə nazilməsini ilk olaraq 1980-ci illərin ortalarında müşahidə ediblər. 1986-cı ildə ABŞ-lı alim Susan Solomon  kloroflorokarbon (CFC) qazlarının ozon təbəqəsinə zərər verdiyini sübut edib. Bu qazlar saç spreylerindən soyuduculara və kondisionerlərə qədər bir çox sahələrdə istifadə edilir. 1987-ci ildə imzalanan Monreal protokoluna əsasən, CFC qazlarının istifadəsinə istiqamətli qəti tədbirlər görülüb. 2000-ci ildən etibarən bu qazların istehsalı ciddi formada aşağı düşüb. CFC qazlarının atmosferdəki ömrünün 50-100 il olduğu təxmin edilir. Hazırda stratosferdə (atmosferin 2-ci qatı) olan CFC-lərin müəyyən zaman ərzində tamamilə yox olmasıyla, ozon təbəqəsindəki dəliyin daha da kiçiləcəyi təxmin edilir.

 

Araşdırmanı icra edən qrup 2015-ci ilin oktyabr ayında “ozon təbəqəsindəki dəliyin rekord səviyyəyə çatdığına” dair tapıntıların, o dövrdəki vulkanik fəaliyyətlərdən qaynaqlandığını bildirib.

 

Şilidəki Calbuco Yanardağı keçən ilin aprel ayında 43 il aradan sonra yenidən fəaliyyətə başlayıb. Canlıların günəşin ultrabənövşəyi şüalarının zərərindən qorunmasını təmin edən ozon təbəqəsinin incəlməsi dəri xərçəngi və katarakt hadisələrinin artmasına səbəb olduğu kimi, heyvanlar və bitkilər üçün də təhlükə yaradır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar