“İctimai nəqliyyatda gediş haqlarının kart sistemi ilə ödənilməsi bütün avtobuslara şamil olunacaq”.
“APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
Yeni avtobusların hamısında kart sisteminin tətbiq olunduğunu deyən nazir müavini qeyd edib ki, bu, insanlara xidmətin keyfiyyətini yüksəldir: “Yeni sistem insanlara rahatlıq yaradır, eyni zamanda avtobuslara minib-düşmə sürətini artırır, bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”.