“Karabağ hikayeleri” Malatya Kitab sərgisində
18 may 2015 10:47 (UTC +04:00)

“Karabağ hikayeleri” Malatya Kitab sərgisində

Türkiyənin Malatya şəhərində keçirilən və ən böyük kitab sərgilərindən biri olan Malatya Kitab Fuarında millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdiyi “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub. Lent.az-ın məlumatına görə, kitabın təqdimat və imzalanma mərasimində yüzlərlə insan, özəlliklə gənclər  qatılıb. Malatya valisi, Malatya İsmət İnönü Universitetinin rektoru və universitetin bir çox alimləri, bələdiyyə başqanları, millət vəkilləri, o cümlədən türk dünyasından bir çox insanlar da  “Karabağ hikayeleri”nin imzalanmasına qatılıb və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüb.

 

Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə Q. Paşayeva və İ. Avşar kitabda əsas məqsədin Türkiyə və ondan kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib: “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə inanırıq”.

 

Q. Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib.

 

Qeyd edək ki, “Qarabağ hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva və digər ədiblərin Qarabağ mövzusunda hekayələri yer alıb. Bu əsərlər 20-ci əsrdə  dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir. Türkiyənin “Kun” kitab evində çıxan kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat Fondunun dəstəyi ilə işıq üzü görüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257
avatar

Oxşar yazılar