Jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanının nəticələri açıqlandı
03 avqust 2015 15:52 (UTC +04:00)

Jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələrini açıqlayıb.


TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər öz elektron ərizələrinə daxil olaraq  imtahan nəticələri  və yazdıqları inşaların qrafik təsviri ilə tanış ola bilərlər.

 

Qeyd edək ki, imtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. 2 abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 4-də şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, apelyasiya komissiyası TQDK-nın A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (Asiya Universitetinin binası) təşkil olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204
avatar

Oxşar yazılar