“İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib
14 yanvar 2016 18:34 (UTC +04:00)

“İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İctimai nəzarətin təşkil olunmasında QHT-lərin rolu” mövzusunda dəyirmi masa keçirib. Lent.az-ın məlumatına görə, şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarətin vacibliyini vurğulaması QHT-lərə ünvanlanmış çağırışdır. A. Quliyev vətəndaş cəmiyyəti institutlarının hər zaman olduğu kimi prezidenti və onun həyata keçirdiyi islahatları dəstəklədiyini bildirib: “QHT-lər bu prosesdə yaxından iştirak etməli və ictimai nəzarətin tətbiqi ilə bağlı real təkliflərini açıqlamalıdırlar. Bildiyimiz kimi “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq dövlət orqanlarının yanında  İctimai Şuralar yaradılmalıdır. Bu gün biz qanunun tələblərindən irəli gələn və bu məsələ ilə bağlı digər faydalı mexanizmlərin tətbiqini müzakirə edəcəyik”.

 

Şura sədri onu da qeyd edib ki, manatın məzənnəsində baş verən dəyişikliklərdən sonra ictimaiyyəti narahat edən bir sıra məsələlər meydana çıxıb ki, onların mənfi nəticələrinin minimuma endirilməsi üçün vətəndaş cəmiyyəti institutları imkanlarını səfərbər etməlidir.

 

Toplantıda çıxış edən Sahib Məmmədov, Əhməd Abbasbəyli, Sabit Bağırov, Əvəz Həsənov, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Mehdi Mehdiyev, Eyyub Hüseynov, Rauf Zeyni, Osman Gündüz, Ülkər Abdullayeva, Samir Əliyev, Qalib Bayramov, Umud Mirzəyev, Vüqar Qədirov, Səadət Bənənyarlı, Lyudmila Xəlilova, Sirus Abbasbəyli, Vüqar Zeynalov, Ruslan Atakişiyev, İsrail İsgəndərov, Etimad Əsədov, Samir Adıgözəlli, Davud Rəhimov, Mirəli Hüseynov, Fariz Xəlilli, Nurəddin Mehdiyev, Təhmasib Novruzov, Elməddin Muradlı, Vüsalə Hüseynli, Qorxmaz İbrahimli, Emin Həsənli, Mehriban Zeynalova və digər QHT sədrləri vətəndaşları narahat edən məsələlər və effektiv ictimai nəzarət mexanizmləri haqqında təkliflərini səsləndiriblər.

 

Toplantıda aşağıdakı sahələr üzrə QHT-lərdən ibarət  İşçi Qrupun yaradılması haqqında qərar qəbul edilib: iqtisadi məsələlər, sosial məsələlər, ictimaiyyətlə əlaqələr.

 

Həmçinin, toplantıda İşçi Qrupların aidiyyatı nazirliklərdə və Mərkəzi Bankda görüşlər keçirməsi və irəli sürülən təkliflərin müvafiq səlahiyyətli şəxslərlə birgə müzakirəsi qərara alınıb. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici seminar və görüşlərin də təşkili haqqında razılığa gəlinib.

 

Şura sədri ictimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflərin dövlət başçısına təqdim ediləcəyini və görüləcək bütün işlər haqqında ictimaiyyətin ətraflı məlumatlandırılacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar