“Huawei” “Əşyaların interneti” üçün əməliyyat sistemi təqdim edib
22 may 2015 10:23 (UTC +04:00)

“Huawei” “Əşyaların interneti” üçün əməliyyat sistemi təqdim edib

Çinin “Huawei” smartfon və telekommunikasiya avadanlıqları istehsalçısı “Əşyaların interneti” üçün əməliyyat sistemi təqdim edib.

Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar nazirliyinin saytına istinadən məlumatına görə,  “LiteOS” adlanan yeni sistem müxtəlif elektronikada, o cümlədən daşınan qurğularda, avtomobillərdə, hətta elektrik diş şotkalarında istifadə olunacaq.

Proqram platformanın özəllikləri sırasında onun yüngül olması (istiqamətverici faylın həcmi 10 Kbayt təşkil edir), şəbəkədə qurğuları avtomatik aşkarlaması və ilkin konfiqurasiyanın yaradılmasına ehtiyacın olmaması qeyd olunur. 

Şirkətin proqnozuna görə, 10 ildən sonra dünyada internetə qoşulmuş 100 milyard qurğu işləyəcək, qlobal miqyasda hər saatda tətbiq olunan ötürücülərin sayı 2 milyona çatacaq.

Proqram tərtibatçılarının sözlərinə görə, “LiteOS” bütün tərtibatçılar üçün açıq olacaq ki, bu da onlara öz “ağıllı” məhsullarını yaratmağa imkan verəcək.

“Huawei”in qlobal strategiya və marketinq bölməsinin rəhbəri Uilyam Syu bildirib ki, “LiteOS” şirkətin “Əşyaların interneti” bazarının mənimsənilməsi üzrə qlobal strategiyanın tərkib hissəsi sayılan  yeni məhsulu “Android” və “iOS” mobil əməliyyat sistemlərinə rəqib hesab etmir və buna görə "LiteOS”un smartfonlarda quraşdırılacağını gözlənmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar