“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ulu Öndər mirasıdır yurdum Azərbaycan!” layihəsi çərçivəsində növbəti tədbir Şirvan İdman və Gənclər İdarəsində şəhərində keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Birliyin sədr müavini Vüsal Mirzəyev və layihənin eksperti, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsləhətçisi Elnur Bağırlı çıxış edib.
Tədbir Çanaqqala savaşının ildönümünə təsadüf etdiyindən E. Bağırlı Çanaqqala zəfərindən, bu zəfəri qazanan türk əsgərlərindən və bu il Çanaqqala zəfərinin 100 illiyinin Türkiyədə, eləcə də Azərbaycanda böyük təmtəraqla qeyd olunmasından söz açıb.
Tədbirdə layihə çərçivəsində keçirilən futbol oyunları barədə də məlumat verilib.
Qeyd edək ki, bu tədbir layihə çərçivəsində regionlarda keçirilən son tədbirdir