“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” festivalı keçiriləcək
18 aprel 2016 14:52 (UTC +04:00)

“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” festivalı keçiriləcək

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün bu il də gənclərin sağlamlıq festivalı aprelin 20-də saat 12.00-14.00 tarixlərində Suraxanı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçiriləcək.

 

“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında keçiriləcək festivalın təşkilatçıları Suraxanı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar