“Elm haqqında” qanun bu ay müzakirəyə çıxarılacaq
08 may 2015 10:42 (UTC +04:00)

“Elm haqqında” qanun bu ay müzakirəyə çıxarılacaq

 

Azərbaycan Milli Məclisinin yaz sessiyası çərçivəsində bu ay “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.


 

Bunu APA-ya Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş. Hacıyev deyib ki, birinci oxunuş zamanı parlamentdə millət vəkillərinin irəli sürdükləri təkliflər qanun layihəsində nəzərə alınıb. Bura magistratura təhsili, elmin idarə edilməsi və elmin maliyyələşdirilməsi barədə təkliflər daxildir. 

 

Qeyd edək ki, qanun layihəsində doktorantura və magistraturada təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi əksini tapıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Oxşar yazılar