Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.
Lent.az-ın qafqazinfo.az-a istinadən məlumatına görə, bu barədə AzTV-dən daxil olan məlumatda aparıcı və həyat yoldaşının sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak etdiyi qeyd olunub. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.
Məsələ ilə bağlı "qafqazinfo" Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.