“Batumi Post” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
21 yanvar 2016 00:21 (UTC +04:00)

“Batumi Post” qəzetində 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

Batumidə  yayımlanan “Batumi Post” qazetində  Baş konsul Rəşad İsmayılovun  20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilib.

 

Lent.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, 1990-cı ilin “Qanlı Yanvarı” kimi tanınan hadisələr respublika üzərində Sovet nəzarətinə son qoyan bir qığılcım oldu və bütün dünya azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani hadisələrdən biri olaraq həkk edildi.

 

20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən baş konsul diqqətə çatdırıb ki, 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddialarına sovet rəhbərliyi tərəfindən  ikili standart tətbiq edilərək Ermənistanın haqsız iddialarına dəstək verməsi və buna etiraz əlaməti olaraq, Azərbaycan xalqının meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi, totalitar sovet rejimi tərəfindən amansız qətliama səbəb olmuşdur.

 

Məqalədə bildirilir ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilməmiş və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşmuşdur.

 

Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir.  Azərbaycan xalqı şəhidlərin xatirələrini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.

 

Məqalənin tam mətnini həmçinin, “Batumi Post” qəzetinin saytında izləyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293
avatar

Oxşar yazılar