“Azərsu”nun əməkdaşları qanvermə aksiyasında
05 may 2015 16:03 (UTC +04:00)

“Azərsu”nun əməkdaşları qanvermə aksiyasında

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları davam etdirilir.

“Azərsu”ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə,  bu təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirilib. Bu gün  keçirilmiş növbəti qanvermə aksiyasında “Azərsu”ASC-nin 100-dən çox  əməkdaşı yaxından iştirak edib.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb.

 

İnstitutun əməkdaşları götürülən qan nümunələrinin laboratoriyada yoxlanıldıqdan sonra istifadə olunacağını bildirblər. Növbəti günlərdə “Azərsu” ASC-nin yerli idarə və müəssisələrində də qanvermə aksiyalarının keçirilməsi nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar