Bu gün ərzində Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar sular kəsiləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.