“Azərişıq” İsmayıllıda yenidənqurma işlərini davam etdirir
25 iyul 2016 12:21 (UTC +04:00)

“Azərişıq” İsmayıllıda yenidənqurma işlərini davam etdirir

"Azərişıq" İsmayıllı  Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı üçün 110-35- 10(6)-0.4 kV-luq şəbəkələrin yenidən qurulması , əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görüb. “Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İsmayıllı EŞ-nin xidməti ərazisində ümumi uzunluğu 47.3 km olan 110 kV-luq İsmayıllı h/x tam şəkildə yenidən qurulub, 110 kV-luq  İsmayıllı h/x-nin uzunluğu 4.8 km olan Qubaxəlilli budaqlanmasında  ağac dayaqlar dəmir beton dayaqlarla əvəz edilib.

 

110/10 kv-luq Qubxəlilli ,35/10 kv-luq İvanovka , 35/10 kv-luq Basqal, 35/10 kv-luq Girdimançay y/s-st- da tr-tor və avadanlıqlar əsaslı və cari təmir edilib. 35 kv-luq Basqal h/x-də 2.5 km əsaslı  təmir işləri aparılıb 8 ədəd dayaq yenisi ilə əvəz edilib. 10 kV-luq EVX-də 52.3 km məsafədə əsaslı və cari təmir işləri aparılıb, təmir işləri zamanı 354 ədəd 10 kV-luq dayaq quraşdırılmış və 10.2 km məsafədə naqil dəyişdirilib.

 

O cümlədən, 10 kv-luq Qafqaz h/x-də 73 ədəd, Yeniyol h/x-də 42 ədəd, H.Aslanov h/x-də 75 ədəd, Ə.Bayramov h/x-də   121 ədəd, A.Ələsgər h/x-də 15 ədəd, Talış h/x-də 35 ədəd, Talıstan h/x-də 12 ədəd, Qəsəbə h/x-də 3 ədəd, Xəstəxana h/x-də 8 ədəd, Mican h/x-də 6 ədəd, Quşçuluq h/x-də 21 ədəd, Kalva h/x-də 6 ədəd, Basqal -1 h/x-də 8 ədəd, Quşencə h/x- də 23 ədəd, Xanlar h/x-də 17 ədəd, Şərabzavod h/x-də 10 ədəd dayaq dəyişdirilib.0.4 kV-luq EVX-də  41.9 km məsafədə əsaslı və cari təmir işləri aparılıb. 195 ədəd 0.4 kV-luq dayaq quraşdırılıb. 10/0.4 kV-luq tr-r y/st-dan 13 ədəd əsaslı 163 ədədi  cari təmir edilib.

 

Kəndlərdə 1.8 km çılpaq naqil SİP kabellə əvəz edilib. Ümumilikdə rayon ərazisində 31 ədəd yeni KTM quraşdırılıb. 20 ədəd KTM quraşdırılması da nəzərdə tutulub. (Basqal kəndində bir ədəd 630 kVA-lıq, 2 ədəd 400 kV-lıq, bir ədəd 250 kV-lıq KTM quraşdırılıb. Bir ədəd 400 kVA-lıq KTM quraşdırılıması nəzərdə tutulub). 

 

Xanagah, Qurbanəfəndi, İsmayıllı, Tircan kəndində və Basqal qəsəbəsində 30.1 km SİP xətt çəkilmişdir və 1163 ədəd yeni dəmir dayaq quraşdırılıb. Şəbəkənin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

 

İyulun 22-də İsmayıllıda “Azərişıq”ASC-nin daxili vəsaiti hesabına  yeni inşa edilmiş ofis binası istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar