Bu il respublikamızda paylayıcı elektrik şəbəkələrində islahatlara başlanmasının 10 ili tamam olur. Lent.az-ın məlumatına görə, ötən müddətdə Bakı şəhəri elektrik təsərrüfatında ölkənin sürətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq yenidənqurma işləri həyata keçirilib.
Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2016-cı ilə 6 200 MVA-ya qaldırılıb, texniki itkilər 16,9%-dən 7,8% endirilib, güc defisiti və ifrat yüklənmələr aradan qaldırılıb. Paytaxtda, eləcədə respublikamızda ilk dəfə 110 kV-luq dairəvi elektrik təchizat sistemi yaradılıb. İstehlakçıların fasiləsiz, dayanıqlı şəkildə elektrik enerjisi ilə təchizatı təmin edilib.
Elektrik paylayıcı şəbəkələrdə islahatların növbəti mərhələsi kimi 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə”ASC-nin adı dəyişdirilərək “Azərişıq”ASC adlandırılıb.
2006-cı ildən etibarən Bakı və Bakıətrafı qəsəbələrdə dövlət büdcəsi və daxili imkanlar hesabına görülmüş yenidənqurma işləri tamamilə özünü doğruldub. Belə ki, yeni yarımstansiyalar inşa edilib, mövcud yarımstansiyalar yenidən qurulub və rekonstruksiya olunub. Şəbəkənin normal fəaliyyəti üçün yeni texnoloji avadanlıqlar tətbiq olunub. Yeni transformator məntəqəsi və komplekt transformator məntəqələri tikilmiş və əsaslı təmir olunub, yeni elektrik veriliş xətləri çəkilib. Şəhərin bir çox yerlərində 110 və 35 kV-luq hava xətləri kabel xətləri ilə əvəz olunmuşdur. 0,4 kV-luq hava xətləri müasir tipli özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulub. Nəticədə texniki itkilərin səviyyəsi aşağı salınmış, şəbəkənin ifrat yüklənməsi halları aradan tam qaldırılıb.
Bir ildən artıqdır ki, “Azərişıq” ASC “ASAN xidmət” mərkəzləri ilə birgə fəaliyyət göstərir. Hazırda abunəçilərimiz “Asan xidmət” mərkəzlərində bir çox xidmətlərdən yararlana bilirlər.
Son 10 ildə paylayıcı şəbəkələrdə aparılan islahatların önəmini artıran işlərdən biri də yeni tipli qapalı yarımstansiyalarının tikintisidir. Bu yarımstansiyalar memarlıq və texnoloji avadanlıq baxımdan qabaqcıl Avropa ölkələrindən geri qalmır, əksinə öndədir.
Ötən 10 il ərzində Paylayıcı Elektrik Şəbəkələri üzrə həyata keçirilən işlərin ümumi statistikası ( Bakı və regionlar üzrə):
110 kV-luq yarımstansiyaların tikintisi – 30 ədəd
110 kV-luq Kabel Xətlərinin çəkilişi – 226,9 km
110 kV-luq hava xəttinin çəkilişi – 225,5 km
35 kV-luq yarımstansiyaların tikintisi – 103 ədəd
35 kV-luq kabel xətinin çəkilişi – 2 069,6 km
35 kV-luq hava xəttinin çəkilişi – 917,7 km
Tikilmiş Transformator Məntəqəsi və Komplekt Transformator Məntəqələri – 3 054 ədəd
Əsaslı Təmir edilmiş Transformator Məntəqələri – 874 ədəd
6/10 kV-luq kabel xəttinin çəkilişi – 7 014.4 km
6/10 kV-luq hava xəttinin çəkilişi – 4 399,6 km
0,4 kV-luq kabel xəttinin çəkilişi – 3 729,8 km
0,4 kV-luq hava xəttinin çəkilişi – 2 308,4 km
ÖİN xətlərinin çəkilişi – 15 365,4 km
Quraşdırılmış dayaqların sayı – 384 870 ədəd
Yeni tip elektron sayğacların quraşdırılması – 1 324 804 ədəd
Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ilə görə 3048 MVA-dan 2016-cı ilə 6200 MVA-ya qaldırılıb.
Bakı şəhəri üzrə texniki itkilər 16,9%-dən 7,8%-ə endirilib.
“Azərişıq”ASC-nin regional elektrik şəbəkələri üzrə texniki itkilər 2016-cı ilin 6 ayının yekunlarına görə 10,4%-ə endirilib.
Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq”ASC yarandığı 2015-ci ilin əvvəlinə 9 500 MVA-dan 2016-ci ilin I yarımilliyinə 11. 111 MVA-ya qaldırılıb. 2016-cı ilin sonuna 12 561 MVA təşkil edəcəkdir.
Faydalı elektrik enerjisinə görə yığım Respublika üzrə 87%, o, cümlədən Bakı şəhəri üzrə 98,3% təşkil ediİşçilərin orta aylıq əmək haqqları 2006-cı ildə 340 AZN, 2016-cı ildə 625 AZN, o, cümlədən Bakı regionu üzrə 570 AZN, Respublikanın rayonları üzrə 418 AZN təşkil edir.
Vergi öhdəlikləri tamamilə yerinə yetirilib.