“Azərişıq” Avropa oyunları üçün 20 yeni yarımstansiya inşa edib
02 iyun 2015 12:35 (UTC +04:00)

“Azərişıq” Avropa oyunları üçün 20 yeni yarımstansiya inşa edib

 

 

“Bakı-2015” I Avropa oyunlarının  müvəffəqiyyətlə keçirilməsi üçün “Azərişıq” ASC bu işdə ciddi koordinasiya olunub, xeyli önəmli  və irimiqyaslı layihələr həyata keçirib.

 

Lent.az-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-dən daxil olan məlumatda deyilir.

 

Xəbərə görə, “Azərişıq” ASC  qısa müddət ərzində 6 ədəd 110 kv-luq, 14 ədəd isə  35 kv-luq  yeni,  qapalı tipli,  müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalar inşa edib  istismara verib. Olimpiya oyunlarının keçiriləcəyi obyektlərin  dayanıqlı  və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə obyektlərin bəsləyici xətləri  bir-birindən asılı olmayan müxtəlif mənbələrdən  əlaqələndirilib. Hər bir yarımstansiyada  və  obyektləri qidalandıran Transformator Məntəqələrində istismar olunan avadanlıqlar  dünyanın  ən inkişaf etmiş ölkələrinin  texnologiyaları ilə təchiz edilib, avtomatika qurğuları, yanğın əleyhinə təhlükəsizlik avadanlıqları və s. quraşdırılıb. Bundan əlavə Olimpiya obyektlərini qidalandıran bütün yarımstansiyalar Avtomatlaşdırılmış Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulub.

 

Bütün bu kimi texniki tədbirlərlə yanaşı, “Azərişıq” ASC-nin sədrinin sərəncamı ilə xüsusi Qərargah yaradılmış və hər bir qərargah üzvünün koordinasiya  yeri, hərəkət trayektoriyası müəyyənləşdirilib. Bütün əlaqədar yarımstansiyalara və Olimpiya obyektlərini qidalandıran TM- lərə operativ növbətçi heyətlə bərabər, inzibati texniki və rəhbər vəzifəli şəxslərdən ibarət   “Məsul növbətçi”lər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadaları yeni maşınlarla  təchiz edilib, Səhmdar Cəmiyyətin bütün maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib.

 

Olimpiya obyektlərini qidalandıran yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri, operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri aparır, rejim xarakterli məsələlərdən irəli gələn bir neçə mərhələli variantlar təhlil edilərək treninqlər keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar