“Azərişıq” Nardaranda yeni ofis açdı
04 fevral 2016 11:06 (UTC +04:00)

“Azərişıq” Nardaranda yeni ofis açdı

“Azərişıq” ASC Nardaran qəsəbəsində fiziki və mənəvi cəhətdən öz vaxtını başa vurmuş transformatorların hamısını dəyişdirilib, yerinə yeni KTM-lər quraşdırıb.

 

Yeni məntəqələr həm təhlükəsizlik baxımından, həm də səmərəlilik aspektindən tam müasir qurğulardır. Nardaran kəndində  sayğaclaşma işi də xüsusi vüsət alıb. Enerji itkisinə səbəb olan elektrik naqilləri dəyişdirilərək kabellərlə əvəz olunur. Yeni dəmir dirəklər basdırılaraq  tənlükəli hallar aradan qaldırılır.

 

“Azərişıq” ASC Nardaran kəndində ilk dəfə olaraq yeni inzibati binanı da tikib istifadəyə verib. Ofis binası qəsəbənin görkəmli yerində və hərəkət qovşaqlarının optimal hissəsində inşa edilib.

 

İki mərtəbəli ofis binası “Azərişıq” ASC-nin  bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standartına uyğun tikilərək başa çatdırılıb. Ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərzə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.

 

Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımı vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib. Binanın işıqlandırma sistemi axşam saatlarında əraziyə xüsusi yaraşıq verir.

 

Hazırda “Azərişıq” ASC tərəfindən Nardaranda aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155

Oxşar yazılar