<b>“Əsgərə Məktub!” layihəsinə başlandı </b>
05 aprel 2016 10:36 (UTC +04:00)

“Əsgərə Məktub!” layihəsinə başlandı

0

 

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq ifadəsi olaraq onlarda ruh yüksəkliyini daha da artırmaq  üçün “ASAN Könüllüləri” “Əsgərə Məktub!” layihəsinə başlayıb.

 

“ASAN Xidmət"dan Lent.az-a verilən məlumata görə, Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar. Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq: "ASAN Könüllüləri" olaraq inanırıq ki, könüllülərimizin bu təşəbbüsü hər bir vətəndaş tərəfindən dəstək görəcək və ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 591

Oxşar yazılar