Acarıstanın nüfuzlu qəzetində Azərbaycanla bağlı xüsusi buraxılış yayımlanıb
29 yanvar 2016 15:19 (UTC +04:00)

Acarıstanın nüfuzlu qəzetində Azərbaycanla bağlı xüsusi buraxılış yayımlanıb

 

Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetində Azərbaycanla bağlı “Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılış dərc edilib. Lent.az-ın məlumatına görə, qəzetin xüsusi buraxılışının ilk nömrəsində Davos İqtisadi Forumunun rəsmi saytında çıxan prezident İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi gürcü dilində yerləşdirilib. Həmçinin, qəzetin xüsusi buraxılışında Azərbaycan xalqının mədəni ənənələrindən, Azərbaycan ədəbiyyatının və tarixinin  təbliği, o cümlədən, turizmin inkişafı sahələri haqqında geniş məlumat verilib.

 

“Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılışın dərc edilməsinin əsas məqsədi  Azərbaycan və Gürcüstan arasında mövcud mədəni və iqtisadi əlaqələri təşviq edilməsi, vaxtaşırı olaraq Azərbaycanın tarixi məlumatlarının oxuculara təqdim edilməsi, Gürcüstanla geniş dostluq əlaqələri, eləcədə, müxtəlif sahələrdə əldə edilmiş bir çox nailiyyətlər barədə məlumatların dərc edilməsidir. Bununla da, Gürcüstanda eləcə də Acariyada yaşayan Azərbaycanlıların mədəniyyəti, adət - ənənələri, maraqlarını və onların gürcü əhalisi ilə yaşayış tərzini geniş formada təqdim edilməsi, ayda 1 dəfə olaraq, qəzetin xüsusi buraxılışı vasitəsilə geniş oxucu kütləsinə təqdim olunacaq. Əlavə olaraq, həmin bu nəşr vasitəsilə oxuculara Azərbaycanın Batumidəki Baş Konsulluğunun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı da yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar