“Ronahi” Kürd Mədəniyyət Mərkəzi ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə etirazını bildirən bəyanat yayıb. Lent.az-ın məlumatına görə, mərkəz bu işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edib.
“Tarixin müxtəlif dönəmlərində olduğu kimi, 20-ci əsrin sonlarında da erməni cəlladları azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq göstərib, yaşayış məskənlərini məhv edib, onları yaşadıqları doğma ata-baba yurdlarından didərgin salıblar.
Biz - Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik”, deyə bəyanatda bildirilir.